İçməli sudan qeyi-qanuni istifadə hallarına qarşı mübarizə tədbirləri gücləndirilir

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini getdikcə gücləndirir. Bununla belə ötən müddətdə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də bəzi abunəçilər içməli sudan sayğacdankənar və müqavilə bağlamadan istifadə edirlər. Təəssüflər olsun ki, bu cür hallara daha çox şadlıq evlərində, restoranlarda, hamam, camaşırxana, avtoyuma, və s. obyektlərdə rast gəlinir.
"Azərsu" ASC-nin kommersiya və daxili nəzarət departamentlərinin əməkdaşlarının təkcə iyul ayı ərzində həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində 75-i Bakı şəhərində, 14-ü isə ölkənin müxtəlif rayonlarında olmaqla içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı 89 fakt aşkarlanmışdır. Müəyyən edilmiş faktlar aktlaşdırıldıqdan və dəymiş zərər hesablandıqdan sonra 89 fakt üzrə ümumilikdə 160 420 manat dəyərində cərimə tətbiq olunmuşdur.
"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bütövlükdə, 2012-ci ilin yanvar-iyul aylarında kommersiya və daxili nəzarət departamentlərinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı 914 fakt aşkar edilmiş, dəymiş zərər qiymətləndirilərək abunəçilər 627 743 manat cərimə olunmuşdur.
"Azərsu" ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir. Belə halların aşkarlanması üçün nəzarət tədbirləri mütəmadi davam etdiriləcək və qanunsuz hərəkətlərə yol verən abunəçilərin içməli su təchizatı qeyd-şərtsiz dayandırılacaq və onlara qarşı cərimə tətbiq ediləcək.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında