Tarixən xalqlarımız çətin günlərdə bir-birinə dayaq olmuşlar

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə İranın Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beygi ilə görüşmüşdür.
Ə.Beygi avqustun 11-də İranın Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələdə zərərçəkmiş əhaliyə Azərbaycan Respublikası hökuməti və xalqı tərəfindən göstərilən hərtərəfli yardıma və insanların kədərinə şərik olduqlarına görə minnətdarlığını ifadə etmiş və bildirmişdir ki, tarixən xalqlarımız çətin günlərdə bir-birinə dayaq olmuşlar.
Zəlzələdə zərərçəkənlərə göstərilmiş humanitar yardımlar, Əhər, Heris və Vərziqan şəhərlərindəki dağıntıların ümumi miqyası barədə məlumat verən vali demişdir ki, təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edilir.
Baş konsul Azərbaycan Respublikasının rəhbərliyi və xalqı adından İranın şimal-qərbində baş vermiş zəlzələdə həlak olanların doğmalarına bir daha başsağlığı vermiş, yaralılara Allahdan şəfa diləmişdir.

{nl}

Sabir ŞAHTAXTI, AzərTAc-ın xüsusi müxbiri
Tehran


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında