Azərbaycanın Baş naziri Artur Rasizadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bişkekdə keçirilən zirvə görüşündə iştirak etmək üçün Qırğızıstana gəlmişdir

Azərbaycanın Baş naziri Artur Rasizadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) avqustun 23-də Bişkekdə keçirilən ikinci zirvə görüşündə iştirak etmək üçün Qırğızıstana gəlmişdir.
Bişkekdəki "Manas" Beynəlxalq hava limanında Artur Rasizadəni Qırğızıstanın sənaye və energetika naziri Askarbek Şadiyev, xarici işlər nazirinin müavini Askar Beşimov və Azərbaycanın Qırğızıstandakı müvəqqəti işlər vəkili İlqar Cabbarov qarşılamışlar.
Türkiyə və Qazaxıstanın dövlət başçıları Abdullah Gül və Nursultan Nazarbayev də artıq Bişkekə gəlmişlər.
Sammitdə türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi, xüsusən də mədəniyyət və təhsil sahəsində əməkdaşlıq, birgə əlifbanın və dərsliklərin yaradılması məsələləri diqqət mərkəzində olacaqdır.
Xatırladaq ki, TDƏŞ 2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşündə yaradılmışdır.

{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri
Bişkek


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında