İranda həbsdə saxlanılan azərbaycanlı şairlərlə bağlı məhkəmə qərarı yaxın 15-20 gün ərzində çıxarılacaqdır

Azərbaycanın Təbrizdəki baş konsulluğunun əməkdaşları İranda həbsdə saxlanılan azərbaycanlı şairlər - Fərid Hüseyn və Şəhriyar Hacızadənin işinə baxan hakimlə görüşmüşlər. Hakimin sözlərinə görə, şairlərlə bağlı məhkəmə qərarı yaxın 15-20 gün ərzində çıxarılacaqdır.
AzərTAc xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev avqustun 23-də jurnalistlərə açıqlamasında demişdir.
E.Abdullayev bildirmişdir ki, şairlərin hansı cinayətləri törətməkdə ittiham olunduqları barədə hələ də heç bir rəsmi məlumat verilməmişdir. XİN-in sözçüsü baş konsulluq tərəfindən İranda saxlanılan Azərbaycan vətəndaşlarına lazımi hüquqi yardımın göstərildiyini də diqqətə çatdırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında