Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları peşə bayramlarını qeyd etmişlər

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları avqustun 23-də peşə bayramlarını qeyd etmişlər.
Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları Fəxri Xiyabana gələrək, müasir Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülmüşdür.
Daha sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət edilmişdir.
Peşə bayramı münasibətilə təşkil edilən mərasimdə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov şəxsi heyəti təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.
Xidmətdə fərqlənən bir qrup əməkdaşa mükafatlar təqdim olunmuşdur.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci ildə avqustun 23-nün Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü kimi təsis edilməsi haqqında sərəncam imzalamışdır.
Əsas vəzifələri Azərbaycan Prezidentinin, dövlət obyektlərinin mühafizəsi, həmçinin respublikamızda səfərdə olan xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi olan Xüsusi Dövlət Mühafizə Xidməti ötən dövrdə şərəfli yol keçmişdir. Dövlətimizin başçısı İlham Əliyev xidmətin fəaliyyətinin təkmilləşdirilməsinə daim yüksək diqqət və qayğı göstərir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında