Paytaxtın mərkəzi küçələrində su xətləri yeniləşdirilir

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.
Bakı şəhəri Neftçilər prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ərazidən keçən magistral su və kanalizasiya xətlərinin dəyişdirilməsi istiqamətində işləri yekunlaşdırmışdır. Prospektin Funikulyorun qarşısından Əziz Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində uzun müddət istifadə də olan 1960 metr metal borulardan ibarət su xətləri yeniləri ilə əvəz olunmuşdur. Bundan başqa, Neftçilər prospektinin Puşkin küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsinə qədər olan hissəsində uzunluğu 1286 metr olan yeni magistral su xəttnini çəkilişi başa çatmışdır.
Hazırda çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.
"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi xəbər verir ki, bununla əlaqədar avqustun 23 və 24-də Bakı şəhəri Səbail rayonun Bayıl qəsəbəsi, Neftçilər prospekti, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Şövkət Ələkbərova, İstiqlaliyyət və Niyazi küçələrinə içməli suyun verilməsində fasilələr olacaq.

{nl}

M.YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında