Azərbaycan haqqında kitab yazan tanınmış ABŞ tədqiqatçı-jurnalisti ilə AzərTAc-da görüş olmuşdur

Müasir müstəqil Azərbaycan haqqında kitab yazmaq məqsədi ilə ölkəmizə səfərə gələn tanınmış amerikalı tədqiqatçı-jurnalist xanım Kati Travis iyunun 17-də AzərTAc-da olmuşdur.
Azərbaycan dövlətinin informasiya siyasəti, habelə Dövlət Teleqraf Agentliyinin tarixi, AzərTAc-ın beynəlxalq əlaqələri ilə maraqlanan qonağa agentliyin baş direktoru Aslan Aslanov ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində Azərbaycanın sosial-iqtisadi, elmi-mədəni inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Qeyd edilmişdir ki, ulu öndərin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regionun lider dövlətinə çevrilmiş, hətta böhran ilində də iqtisadiyyatın inkişafını yüksək templə davam etdirmişdir. Bunun sayəsində beynəlxalq aləmdə Azərbaycana artan maraq AzərTAc-ın da dünya informasiya məkanında möhkəmlənməsinə, ölkəmiz haqqında həqiqətlərin daha geniş coğrafiyada yayılmasına imkan yaratmışdır. Agentliyin bir sıra mötəbər regional qurumların üzvü olduğunu xatırladan A.Aslanov demişdir ki, AzərTAc bu təşkilatlar çərçivəsində ikitərəfli və çoxtərəfli informasiya mübadiləsi aparır, əməkdaşlıq əlaqələrini genişləndirir.
Görüşdə amerikalı jurnalisti maraqlandıran suallar cavablandırılmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında