Hər bir azərbaycanlı gənc çalışmalıdır ki, ətrafındakı insanlara Azərbaycanın tarixi, mədəniyyəti haqqında mümkün qədər geniş məlumat versin

Hər bir azərbaycanlı gənc çalışmalıdır ki, ətrafındakı insanlara Azərbaycanın tarixi, mədəniyyəti, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında mümkün qədər geniş məlumat versin.
Bu sözləri Xaricdə Təhsil Alan və Məzun olan Azərbaycanlı Tələbələrin Beynəlxalq Forumunun (ASAİF) X Yay Forumunda iştirak edən Moskva Dövlət Hüquq Akademiyasının beynəlxalq hüquq fakültəsinin magistrantı Nəcibə Mustafayeva AzərTAc-a müsahibəsində söyləmişdir. ASAİF fəaliyyətə başlayandan bu qurumun üzvü olduğunu deyən N.Mustafayeva artıq iki ildir ki, forumda iştirak etdiyini bildirmişdir.
N.Mustafayeva demişdir: "ASAİF-ə üzv olmaq mənim üçün çox önəmlidir. Çünki xaricdə təhsil alan digər gənclərlə bu qurum vasitəsilə əlaqə saxlanılır, yeni ünsiyyətlər yaranır və beləliklə, aramızda şəbəkələşmə prosesi güclənir. Xaricdə təhsil alan azərbaycanlı gənclərin əsas məqsədlərindən biri də ölkəmizin haqlı mövqeyini əcnəbi tələbələrə çatdırmaqdır. İnanıram ki, ASAİF Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında