Azərbaycanlı tələbələrin sayəsində bir sıra ölkələrdə çox güclü diaspor şəbəkələrimiz formalaşmaqdadır

Azərbaycanlı tələbələrin sayəsində bir sıra ölkələrdə çox güclü diaspor şəbəkələrimiz formalaşmaqdadır. Bu sözləri təhsil nazirinin müavini Qulu Novruzov jurnalistlərə demişdir. 
Diaspor şəbəkələrinin sayının daha da artacağına, azərbaycanlı tələbələrin təhsil aldıqları ölkələrin dövlət qurumlarında daha çox təmsil olunacaqlarına əminliyini bildirən nazir müavini qeyd etmişdir ki, xaricdə təqaüdlə təhsil alanlar ilə yanaşı, öz hesablarına oxuyan azərbaycanlı gənclər də vardır.
Q.Novruzov vurğulamışdır ki, aparılan hesablamalara görə, xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı 10 mindən artıqdır. Onların 1500-ü Azərbaycanın Təhsil Nazirliyinin təqaüd proqramları, dövlət proqramı və xarici ölkələrlə təhsil sahəsində imzalanmış ikitərəfli müqavilələr əsasında təhsil alanlardır. Bundan əlavə, Rusiyada, Türkiyədə öz hesablarına təhsil alan azərbaycanlı tələbələr də vardır.
Nazir müavini tələbələrin bir sıra xarici ölkələrin universitetlərində təhsilə cəlb olunmaları üçün Azərbaycanda aparılan reklam kampaniyaları barədə bildirmişdir ki, əcnəbi tələbələrin xaricdə təhsilə cəlb olunmaları üçün ölkələr arasında ciddi rəqabət vardır. Hətta təhsil sahəsində nüfuzlu ölkələr də bu sahədə rəqabət aparır. Amma xaricdə təhsil almağa gedən tələbələrimizin qarşısına ciddi tələblər qoyulmalıdır. Onlar keyfiyyətli təhsil verən ali məktəblərdə oxumalıdırlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında