Qırğızıstanda "Prezident İlham Əliyev" üçcildliyinin təqdimatı keçiriləcəkdir

Avqustun 28-də Bişkekdə Azərbaycanın Qırğızıstandakı səfirliyi "Qırğızıstandakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi" İctimai Birliyi və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu ilə birgə "Prezident İlham Əliyev" üçcildliyinin təqdimatını keçirəcəkdir.
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondundan AzərTAc-a bildirmişlər ki, "Prezident İlham Əliyev" üçcildliyinin təqdimat mərasimində Qırğızıstanın tanınmış ziyalıları, yazıçıları, alimləri, deputatlar, dövlət rəsmiləri və jurnalistlər iştirak edəcəklər.
Təqdimat mərasimi banket və böyük konsert proqramı ilə davam edəcəkdir.
"Prezident İlham Əliyev" üçcildliyi Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi əsasında, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin təbliği məqsədi ilə nəşr edilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında