Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 93-cü ildönümü münasibətilə təntənəli mərasim keçirilmişdir

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 93-cü ildönümü münasibətilə avqustun 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) "Sərhədçi" istirahət mərkəzində təntənəli bayram tədbiri keçirilmişdir. AzərTAc xəbər verir ki, əvvəlcə dövlət himni səsləndirilmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edərək bildirmişdir ki, dahi öndər Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd strategiyasının Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilməsi sayəsində mühüm xidməti nailiyyətlər qazanılmışdır. O demişdir ki, Azərbaycan Sərhəd Mühafizəsi müasir silah və texnika ilə təchiz olunmuş, mobil, qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadir olan hərbi potensial əldə etmişdir. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında ardıcıl həyata keçirilən islahatlar, ölkədə mükəmməl və etibarlı sərhəd mühafizəsi infrastrukturunun yaradılması, hərbi texnikanın və xüsusi texniki avadanlığın yeniləşdirilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sayəsində Azərbaycan sərhəd mühafizəsi son illərdə sürətli inkişaf yolu keçmişdir.
Sərhəd məntəqələrinin müasir texniki avadanlıqla təchiz edildiyini deyən xidmətin rəisi vurğulamışdır ki, sərhədçilərin məişət şəraitinin yaxşılaşdırılması, Dövlət Sərhəd Xidmətinin ixtisaslı kadrlarla komplektləşdirilməsi, zabit və gizirlərin peşəkar hazırlığının təmin edilməsi sahəsində də önəmli işlər görülməkdədir.
Sonra Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusuna hərbi rütbələr, xidmətdə fərqlənmiş zabit və gizirlərə orden və medallar təqdim olunmuşdur.
Bayram tədbiri incəsənət ustalarının konserti ilə davam etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında