Ramazan bayramı münasibəti ilə kimsəsiz və imkansız ahıllara bayram sovqatı paylanmışdır

Ölkəmizin iqtisadiyyatına, qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verən "Mətanət A" şirkəti Ramazan bayramı münasibətilə silsilə tədbirlər həyata keçirmişdir.
Bu dəfə şirkət işçiləri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Abşeron Rayon Komitəsi ilə birlikdə Xırdalan şəhərində yaşayan imkansız və kimsəsiz ahıllarla görüşmüş, onları qarşıdan gələn mübarək Ramazan bayramı münasibətilə təbrik edərək bayram sovqatları paylamışlar.
Tədbiri giriş sözü ilə açan şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri İlahə Tağıyeva şirkət rəhbərliyinin bayram təbriklərini ahıllara çatdırmışdır. Hər bayramda olduğu kimi, müqəddəs Ramazan bayramında da onları yada saldığı üçün şirkət rəhbərliyinə təşəkkürlərini bildirən ahıllar bunun bir ənənə halı aldığını və şirkətin həyata keçirdiyi bu kimi sosial layihələrin təqdirəlayiq hal olduğunu söyləmişlər. Daha sonra şirkət işçiləri Xırdalan ərazisində yaşayan yataq xəstələrinin ailələrinə də baş çəkmiş, onlara bayram sovqatları paylamışlar.
Xatırladaq ki, sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan "Mətanət A" şirkəti 2000-ci ildə təsis olunmuşdur. Hazırda şirkəti 3 sistemdə, 22 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-ə yaxın məhsul çeşidinə malikdir. Şirkətin "Mətanət A" ticarət markası adı altında istehsal etdiyi məhsullar Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrə ixrac olunur.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında