Binəqədi rayonunda Ramazan bayramı qeyd edilmişdir

Binəqədi Rayon İcra Hakimiyyətində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, habelə imkansız şəxslər üçün müqəddəs Ramazan bayramı münasibətilə mərasim keçirilmişdir. 
Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov mərasimdə çıxış edərək iştirakçılara bol ruzi, xoşbəxt həyat arzulamışdır. Bildirmişdir ki, ölkəmizdə həmişə milli-mənəvi dəyərlərlə yanaşı, dini dəyərlərə və prinsiplərə də ən yüksək səviyyədə diqqət və qayğı göstərilməkdədir. Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda Ramazan günlərində təşkil olunan iftar süfrələri də ölkəmizdə ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir.
Natiq daha sonra respublikamızda hökm sürən sabitliyin, inkişafın, birliyin, vicdan azadlığı və tolerantlığın təməlində ulu öndər Heydər Əliyevin müdrik siyasətinin dayandığını xüsusi vurğulamışdır. Başçı eyni zamanda bu siyasəti Prezident İlham Əliyevin uğurla həyata keçirdiyini, Azərbaycanda gedən sürətli sosial-iqtisadi inkişafı, nümunəvi tolerantlığı beynəlxalq birliyin də etiraf etdiyini diqqətə çatdırmışdır.
Sonda mərasim iştirakçılarına müqəddəs Ramazan münasibətilə bayram sovqatı paylanılmışdır.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında