Azərbaycan-Avstriya əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunmuşdur

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın Zalsburq şəhərində keçirilən "Zalsburq trilogiyası" konfransında iştirakı çərçivəsində bu ölkənin xarici siyasət idarəsinin rəhbəri Mixael Şpindeleqqer ilə görüşmüşdür. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Avstriya arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanmış, ölkələrimiz arasında iqtisadi, enerji və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur.
Görüşdə Azərbaycandakı Avstriya şirkətlərinin fəaliyyətindən məmnunluq ifadə edilmişdir. Nazirlər parlamentlərarası münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyini vurğulamışlar. Həmçinin digər sahələrdə də müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkilinin zəruriliyi qeyd olunmuşdur. Avstriyalı nazir E. Məmmədyarovu Avstriyaya rəsmi səfərə dəvət etmişdir.
Bundan əlavə, görüşdə E.Məmmədyarov Avstriyada Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edərək, bu ölkədə yaxın vaxtlarda Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlayacağını bildirmişdir.
E.Məmmədyarov avstriyalı həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti barədə məlumat vermişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında