Vatikanın mədəniyyət üzrə Pontifik Şurasının prezidenti, arxiyepiskop Canfranko Ravazi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olmuşdur

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ölkəmizdə rəsmi səfərdə olan Vatikanın mədəniyyət üzrə Pontifik Şurasının prezidenti, arxiyepiskop Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur.
Komitənin sədri Hidayət Orucov bildirmişdir ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və dövlət qayğısı Konstitusiyada və "Dini etiqad azadlığı haqqında" Qanunda öz əksini tapmışdır. Ölkəmizdə bütün dinlərə və onların mənsublarına bərabər yanaşılır. Tarixən etnik-dini tolerantlıq məkanı olan Azərbaycanda heç zaman milli və dini ayrı-seçkilik səbəbindən münaqişələr baş verməmişdir. Bu ənənənin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin xüsusilə böyük xidmətləri olmuşdur. Bu gün Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir, respublika ərazisindəki xristian məbədləri planlı şəkildə təmir və bərpa olunur, yeniləri tikilir. Bir neçə il öncə Bakının mərkəzində Roma Katolik kilsəsi üçün xüsusi yer ayrılmış və Müqəddəs Məryəm kilsəsi inşa edilərək dindarların istifadəsinə verilmişdir. Kilsənin açılışında Prezident İlham Əliyev iştirak etmişdir.
Bakıya səfərindən məmnun qaldığını bildirən arxiyepiskop Canfranko Ravazi qeyd etmişdir ki, Azərbaycan bütün dünyaya açıq olan müsəlman ölkələrindən biridir. Biz onun tolerantlıq ənənələrini yüksək dəyərləndiririk və onu katolik dünyasına tanıtmaq istəyirik. Respublikanızda dinə hörmət və dövlət qayğısı, müxtəlif din mənsublarına münasibətdə dözümlülük digər ölkələr üçün, sözün həqiqi mənasında, örnək ola bilər.
Qonaq dinlərarası dialoq üzrə yüksək səviyyəli konfrans və dünya dinləri liderlərinin sammitinə ev sahibliyi edən Azərbaycanın beynəlxalq tədbirlər məkanı kimi də maraqlı ölkə olduğunu qeyd etmişdir.
Görüşdə Vatikanın mədəniyyət üzrə Pontifik Şurası prezidentinin Azərbaycana ilk rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət təsir edəcəyi vurğulanmışdır.
Səmimi şəraitdə keçən görüşdə Vatikanın Azərbaycandakı apostol nunsisi Klaudio Qucerotti iştirak etmişdir.
Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər də müzakirə olunmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında