Ramazan bayramı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunmuşdur

Ramazan bayramı münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə qurumun rəhbərliyi və kollektivi, eləcə də Azərbaycanın aparıcı dini icmalarının rəhbərləri, tanınmış ilahiyyatçılar və ziyalılar avqustun 18-də Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil və gül dəstələri qoymuşlar. 
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin ehtiramla yad olunmuş, məzarı üstünə tər çiçəklər düzülmüşdür.
Sonra komitənin kollektivi və dini icmaların rəhbərləri Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş cəsur Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə gül dəstələri qoymuşlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, Ramazan ayı ilə əlaqədar qurum tərəfindən həyata keçirilən tədbirlər planı çərçivəsində komitənin əməkdaşları, dini icmaların fəalları və ictimaiyyətin təmsilçiləri ölkənin müxtəlif bölgələrində şəhidlərimizin məzarlarını ziyarət etmişlər. Həmçinin şəhid və müharibə veteranlarının ailələrinə baş çəkilmiş, dini ibadət ocaqlarında maarifləndirmə və milli vətənpərvərlik mövzularında söhbətlər aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında