Tacikistan Azərbaycanın yeni təqaüd sisteminə keçməsi ilə bağlı təcrübəsindən yararlanmağa maraq göstərir

Tacikistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda yeni təqaüd sisteminə keçməsi ilə bağlı təcrübədən yararlanmağa maraq göstərir.
Bu barədə Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun ölkənin əmək və əhalinin sosial müdafiəsi naziri Maxmadamin Maxmadaminov ilə görüşündə danışılmışdır.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycanın və Tacikistanın müvafiq nazirlikləri arasında əməkdaşlıq haqqında saziş layihəsinə baxıldığı qeyd olunmuşdur.
Səfir vurğulamışdır ki, Azərbaycan yeni təqaüd sistemi ilə bağlı təcrübəsini Tacikistanla bölüşməyə hazırdır və biz münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq istəyirik.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Həsənov Tacikistanın bu məsələdə bitərəf mövqe tutmasının bizi qane etmədiyini diqqətə çatdırmışdır. Səfir demişdir ki, təcavüzkarın öz adı ilə çağırılması vacibdir. Bəzən münaqişə ilə bağlı Tacikistan mətbuatında məqalə dərc edilməsində çətinliklə qarşılaşırıq. Bizə bitərəf mövqe tutulduğunu bildirirlər. Səfir Tacikistanın bu məsələdə mövqeyində dəyişiklik olacağına inandığını da vurğulamışdır.
Görüşdə təqaüd və sığorta sahəsində müvafiq qurumlar arasında məsləhətləşmələr həyata keçirilməsinin razılaşdırılması qərara alınmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında