Nəsimi rayonunda Ramazan bayramı qeyd edilib

Xalqımız hər il olduğu kimi, bu il də müqəddəs Ramazan bayramını böyük fərəh hissi, könül xoşluğu ilə keçirir. İnsanların qəlbini ilahi hikmətlə ruhlandıran Ramazan bayramı milli-mənəvi həmrəyliyin, humanizmin, mərhəmət duyğularının möhtəşəm təntənəsini nümayiş etdirir. 
Ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da gözəl bayram təntənə ilə qeyd edilir. Bu mübarək ayda rayonda bir sıra tədbirlər keçirilmişdir. Bir çox yerlərdə iftar süfrələri açılmışdır. Sakinlərin sosial müdafiəsi və məişət problemlərinin həlli yönündə rayonda mütəmadi olaraq həyata keçirilən işlər bu günlər xüsusilə diqqət mərkəzində olmuşdur.
Bayram münasibətilə əlil, tənha insanlara, aztəminatlı ailələrə, 20 Yanvar əlillərinə və şəhidlərinin ailələrinə, Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, Çernobıl əlillərinə, ümumilikdə 500-dən çox ailəyə bayram sovqatları verilmişdir.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında