Ramazan bayramı münasibətilə Səbail rayonunda imkansız ailələrə yardımlar edilmişdir

Mübarək Ramazan ayında imkansızlara yardımlar etmək, onların bayram süfrələrinin təşkilində yardımçı olmaq vacib əməllərdən sayılır. Bu istiqamətdə Səbail rayonunun qəsəbələrində və yaşayış sahələrində imkansız vətəndaşlar üçün iftar süfrələri təşkil olunmuş, onlara müxtəlif yardımlar göstərilmişdir. Rayonun Badamdar, Bibiheybət qəsəbələrində, 20-ci yaşayış sahəsində, Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən iftar süfrələrində yüzlərlə vətəndaş iştirak etmişdir.
Mübarək Ramazan bayramı ərəfəsində Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin Səbail rayon şöbəsində bu qəbildən növbəti tədbir keçirildi. Tədbirdə Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Səbail rayon təşkilatının, Qızıl Aypara, həmçinin rayondakı digər cəmiyyətlərin rayon şöbələrinin üzvləri iştirak edirdilər. Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev bayram tədbirində iştirak edənləri salamlayaraq onları mübarək Ramazan ayının başa çatması münasibətilə təbrik etdi. O bildirdi ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Ona görə də Azərbaycanda, eləcə də Səbail rayonunda iftar süfrələrinin açılması, imkansız ailələrə yardımlar edilməsi yaxşı bir ənənəyə çevrilmişdir.
Azərbaycanda sabitlik, iqtisadi inkişaf, vicdan azadlığı və tolerantlığın möhkəm təməli ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində mümkün olmuşdur. Bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Yavər Allahverdiyev Səbail rayonunda gedən sürətli sosial-iqtisadi inkişafdan danışmış, Ramazan ayında həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir.
Tədbirdə çıxış edən ictimai birliklərin, Veteran və Ağsaqqallar Şuralarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri müqəddəs kitabımız olan "Qurani Kərim"in nazil olduğu Ramazan ayında göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.Tədbirin sonunda rayon icra hakimiyyəti tərəfindən şəhid, əlil, məcburi köçkün ailələrinə, tənha, kimsəsiz və aztəminatlı ailələrin üzvlərinə, həmçinin rayonun təsərrüfat xidmətlərinin texniki işçilərinə - ümumilikdə 1000-dən çox ailəyə ərzaq bağlamaları paylanmışdır.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında