Azərbaycandan 55 əlil Ukraynaya müalicəyə göndəriləcək

Azərbaycandan 55 nəfər əlil Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N. Burdenko adına Onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün ixtisaslaşmış müalicə mərkəzinə göndəriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, avqustun 20-də 25, avqustun 26-da isə 30 nəfər əlil Heydər Əliyev adına Beynəlxalq Hava Limanından həmin şəhərə yola salınacaq.
Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev bildirib ki, Ukraynanın Saki şəhərindəki N.Burdenko adına ixtisaslaşmış müalicə mərkəzi səmərəli fizioterapevtik müalicə üsulları ilə məşhur olan sanator müəssisədir. Onun sözlərinə görə, iki ölkə arasında müvafiq razılaşmaya əsasən, hər il Azərbaycandan bir qrup əlilin həmin mərkəzdə 28 günlük müalicəsi təşkil olunur: "Orada aparılan müalicə kursu əlillərin səhhətində ciddi yaxşılaşma yaradır. Müalicəyə göndərilən əlillərin əksəriyyəti Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş insanlardır". Xidmət rəisi deyib ki, Bolqarıstanla razılaşmaya əsasən, hazırda 30 nəfər əlil həmvətənimiz həmin ölkədə müalicə olunur. Dayaq-hərəkət sistemi zədələnmiş daha 100 nəfərədək əlil isə bu il ərzində Naftalan şəhərindəki reabilitasiya müəssisələrinə göndəriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında