Baş Prokurorluq Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı cinayət işinin başlanması barədə məlumatlara münasibət bildirib

Baş Prokurorluq mərhum Prezident Əbülfəz Əliyevin zəhərlənməsi faktı ilə bağlı cinayət işinin başlanmasına dair məlumatlara münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, sabiq Prezident Əliyev Əbülfəz Qədirqulu oğlunun qəsdən zəhərlənməsi barədə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti Bakı Şəhər Prokurorluğunda araşdırılıb.
Araşdırma zamanı H. Hacıyev və başqaları Ə.Əliyevin ölümündən əvvəl zəhərlənməsi, bununla əlaqədar onun səhhətinin pisləşməsi barədə məlumat əldə etdiklərini və həmin qanunsuz əməlin qəsdən törədilməsinə kifayət qədər ehtimalların olduğunu bildiriblər.
Toplanmış material üzrə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında