İrandan Azərbaycana külli miqdarda narkotik maddə keçirilməsinin qarşısı alınmışdır

Avqustun 17-də Biləsuvar rayonunun ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) "Göytəpə" sərhəd dəstəsinin əməkdaşları mütəşəkkil cinayətkar dəstə tərəfindən İrandan külli miqdarda narkotik maddənin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısını almışlar.
DSX-nin mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, avqustun 17-də saat 4:00 radələrində Biləsuvar rayonunun Şəhriyar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində üzərilərində böyük ölçülü bağlamalar olan 5 silahlı şəxsin İran ərazisindən dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçmələri müşahidə olunmuşdur. Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları odlu silahdan atəş açaraq İran İslam Respublikası istiqamətində geriyə qaçmışlar.
Sərhəd naryadının cavab atəşi nəticəsində onlardan biri yaralanmışdır. Sərhəd pozucuları havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək İrana qayıtmışlar. Hadisə yerinə baxış zamanı üç bağlamada ümumi çəkisi 66 kiloqram tiryək aşkar olunmuşdur.
Hadisə ilə eyni vaxtda həmin sərhəd zastavasının mühəndis-texniki qurğularının arxasında "Mercedes" markalı avtomaşında 3 nəfər şəxs aşkar olunmuşdur. Onlar saxlanılarkən hadisə yerindən yayınmağa cəhd göstərmişlər. Həmin şəxslər tutularaq sərhəd zastavasına gətirilmişlər. Aparılmış ilkin araşdırma zamanı onların Azərbaycan vətəndaşları, Biləsuvar rayonu sakinləri 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu, 1980-ci il təvəllüdlü Mailov Rahib Abış oğlu, 1983-cü il təvəllüdlü Tağıyev Səbuhi Əliqismət oğlu olmaları və İran ərazisindən gətiriləcək narkotik maddələri qəbul etməyə hazırlaşdıqları müəyyən olunmuşdur.
DSX cinayətkar dəstənin digər üzvlərinin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında