Azərbaycanın regionları ilə Zalsburq torpağı arasında əməkdaşlıq imkanları müzakirə olunmuşdur

Avstriyanın Zalsburq şəhərində səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Zalsburq trilogiyası" konfransında çıxış etmişdir. 
Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, çıxışında E.Məmmədyarov davamlı inkişafın təminatı kimi sabit iqtisadiyyatı, təhlükəsizliyi, inkişafın əsas bünövrəsi kimi isə təhsili göstərmişdir.
Həmçinin nazir Zalsburq torpağının qubernatoru xanım Qabi Burqstaller ilə görüşmüşdür.
Görüşdə Azərbaycanın regionları ilə Zalsburq torpağı arasında əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılmışdır.
Avstriyanın musiqi mərkəzi hesab edilən Zalsburq ilə ölkəmiz arasında mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirən nazir incəsənət xadimlərinin mübadiləsinin, birgə mədəni tədbirlərin təşkili imkanlarının nəzərdən keçirilməsini təklif etmişdir.
E.Məmmədyarov qubernatoru Azərbaycana səfərə dəvət etmişdir. Dəvət məmnuniyyətlə qəbul olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında