Meksikanın baş arxiyepiskopu Azərbaycana təşəkkür məktubu göndərmişdir

Mexiko şəhərinin Tarixi Mərkəz rayonu ərazisində Xocalı soyqırımına həsr edilmiş abidənin qoyulacağı "Tlakskoake-Xocalı" Meydanında aparılan təmir-bərpa işləri ilə əlaqədar Meksikanın Baş Arxiyepiskopu Kardinal Rivera Karrera tərəfindən Azərbaycan tərəfinə təşəkkür məktubu ünvanlanıb. 
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, məktubda, Azərbaycan Respublikası və Federal Bölgə Hökuməti arasında həyata keçirilən əməkdaşlığı böyük məmnuniyyətlə alqışladığını bildirən Meksika katolik kilsəsinin Baş Arxiyepiskopu, hal-hazırda Azərbaycan Respublikası ilə Mexiko şəhər rəhbərliyinin birgə fəaliyyəti nəticəsində bu ərazilərdə yenidən təmir-bərpa və abadlıq işlərinin aparılması, habelə "Tlakskoake-Xocalı" Meydanında yerləşən katolik məbədə Kilsə Zənglərinin hədiyyə edilməsinə görə Azərbaycan tərəfinə öz təşəkkürünü bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında