Ümummilli lider Heydər Əliyev haqqında bədii film çəkilir

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Ən sadə soyad" adlı bədii filmin çəkilişləri davam edir. 
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, cari il iyulun ortalarından başlanan çəkilişlər Naxçıvan, Moskva, Sankt-Peterburq və Riqa şəhərlərində aparılmaqla yarım il davam edəcəkdir.
Film üç hissədən ibarət olacaqdır. Filmin Heydər Əliyevin həyat və fəaliyyətinin 1969-cu ilə qədər olan dövrünü əhatə edən birinci hissəsinin çəkilişləri 2013-cü ilin mayında, ulu öndərin 90 illik yubileyi ərəfəsində başa çatacaqdır.
Filmdə Azərbaycan, Rusiya, Ukrayna və Gürcüstandan olan tanınmış aktyorlar çəkiləcəklər. Ekran əsərində Heydər Əliyev rolunu 5 aktyor canlandıracaqdır. Onlar ulu öndərin həyatının dövrlərindən asılı olaraq bir-birini əvəz edəcəklər. Ümummilli liderin yaşlı dövrünü rusiyalı aktyor Aleksandr Nikitin ifa edəcəkdir.
Ssenarisi yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman" kitabı əsasında yazılan filmin rejissoru Ramiz Fətəliyevdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında