Erməni silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində qoşunların təmas xəttində monitorinq yarımçıq dayandırılmışdır

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 15-də Azərbaycanın Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılmışdı.

{nl}

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Jaslan Nurtazin, qarşı tərəfdə isə İmre Palatinus, İrji Aberle və Vladimir Çontulov keçirməli idilər. Lakin monitorinq keçirilən zaman erməni silahlı birləşmələri tərəfindən atəş açılmış və monitorinq dərhal dayandırılmışdır.

{nl}

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri hadisənin səbəblərini araşdırırlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında