"Azərlotereya" daha 7 avtomobili uduş sahiblərinə təqdim etdi

Soyuq fevral ayında lotereya haqqında yazımızda iri uduş sahiblərindən birinin ürək sözünü yazının başlığına çıxarmışdıq: Sanballı uduşdan sonra ən soyuq, qarlı, çovğunlu hava da gözəldir! Etiraf edək ki, bir an içərisində gözəl bir avtomobilə, yaxud böyük məbləğdə pul uduşuna sahib olsaq, çoxlarını bezdirmiş, anomal istilər də ləzzət verər. 
Bakı şəhər sakinləri "Ailə Sevinci" lotereyasında 3020 manat udan Əliyev Qadir Hüseyn oğlu, "Binqo+10" lotereyasında 3000 manat udan Abdullayev Elsevər Arif oğlu, "5/36" lotereyasında 3900 manat udan Muxtarov Tural Sahil oğlu bəlkə də azacıq isti "hiss ediblər". Qaldı digər qaliblərə, "Ailə Sevinci" lotereyasının 75-ci, 76-cı və 77-ci tirajlarında Nissan "Sunny" avtomobili udan Bakı şəhər sakinləri İsmayılov Elnur Akif oğlu, Əbdülova Həcər Məhəmmədismayıl qızı və Lənkəran şəhər sakini Qəmbərli Ağahüseyn İntiqam oğlu üzücü istiləri hiss etməyiblər. "Ailə Sevinci" lotereyasının xoşbəxt qalibləri ilə ötən yazımızdan başladığımız tanışlığı davam etdiririk. Qeyd etdiyimiz kimi, 77-ci tirajda Lənkəran şəhər sakini Qəmbərli Ağahüseyn İntiqam oğlu Nissan "Sunny" avtomobili udmuşdur. O, Bakıda Turizm kollecində oxuyur. Səmimiyyətlə etiraf edir ki, lotereya oyunlarının böyük həvəskarı deyil. Sadəcə olaraq, pul xırdalamaq məqsədilə iki ədəd bilet alıb və avtomobil udub. Ağahüseyn avtomobili olduğu üçün (VAZ-2107 avtomobili var) deyil, oktyabr ayında ailə üzvlərindən birinin xeyir işinə sərf etmək üçün uduşun pulunu götürüb. 19 yaşlı gənc üçün çox alicənab addımdır, deyilmi?
Oyunlar arasında uduş yarışısa davam etməkdədir. Binqo lotereyasının 81, 82 və 83-cü tirajları da öz sadiq iştirakçılarını naümid qoymamış, ən azı, respublikanın avtomobil parkına üç ədəd gözəl Chevrolet "Aveo" avtomobili əlavə etmişdir. 81-ci tirajda bu avtomobili udan Cəfərov Nəriman Muxtar oğlu Xəzər Dəniz Gəmiçiliyi idarəsində çalışır, uzun müddət Türkiyədə işləyib. Əsil dənizçi, 7 nəvənin babası olan 65 yaşlı Nəriman Cəfərov deyir ki, istər sovet, istərsə də müasir dövrdə həmişə lotereya biletləri alıb və budur, "Binqo" lotereyasından avtomobilə sahib olub. "Binqo"nun 82-ci tirajı Qusar rayon sakini Ramazanov Qabil Xanbaba oğlu üçün də düşərli oldu. Qabil fəhlə işləyir və lotereya oyunlarında sistematik olaraq iştirak edir. Avqustun 13-də AzTV-nin canlı efirində uduşların qaliblərə təqdimatı mərasimində daha bir Chevrolet "Aveo" avtomobilinin açarları 83-cü tirajın qalibinə, Bakı sakini Babayev Elşən Tofiq oğluna təqdim olundu. 11 və 14 yaşlı iki övlad atası olan 43 yaşlı Elşən rəngsazdır. Etiraf edir ki, lotereya oyunlarının həvəskarıdır. Hər tirajda heç olmasa bir bilet alır.
Bir halda ki, ölkə avtomobil parkının genişlənməsindən söhbət düşdü, buraya "Uğur" lotereyasının 50-ci tirajında Tovuz rayon sakini Quliyev Sahib Vilayət oğlunun udduğu Kia "RİO" avtomobilini də əlavə etmək lazımdır. Özü də bu uduş adi uduş deyil. Ustad aşıq ailəsindən olan Sahib də, onun yaxınları da əmindirlər ki, bu uduş daha önəmli bir sevincin müjdəsi imiş. Sahibin qardaşı, 40 yaşlı Nazimə Allah iki qızdan sonra, iki əkiz oğlan da verib. Qədəmləri xoş olsun, atalı analı böyüsünlər. Bütün uduş sahiblərini təbrik edir, onlara həyatlarının bütün sahələrində bol uduşlar arzu edirik.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında