Qubadlı rayonundan olan məcburi köçkünlərə iftar süfrəsi açıldı

Qubadlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Dövlət Neft Şirkətinin dəstəyi və daxili imkanlar hesabına əsaslı təmir edilərək mərasim evi kimi istifadəyə verilən "Şəfa" sanatoriyasının yeməkxana binasının açılışı olmuşdur. 
Rayon icra hakimiyyətinin başçısı Malik İsaqov bildirilmişdir ki, Dövlət Neft Şirkəti tərəfindən binadakı yeməkxana binası əsaslı təmir olunaraq 500 yerlik mərasim zalı kimi istifadəyə verilmiş, mətbəx avadanlıqları, oturacaq, yemək və çay dəstləri ilə təmin edilmişdir. Bundan əlavə, burada keçid dəhlizlərində, foyedə əsaslı təmir işləri aparılmış, daha 2 otaq da əsaslı təmir edilərək kitabxana kimi istifadəyə hazır vəziyyətə gətirilmişdir.
Sonra yeni istifadəyə verilən mərasim evində Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən iftar süfrəsi açılmışdır. Tədbirdə müqəddəs Ramazan ayının fəzilətlərindən bəhs edilmiş, torpaqlarımızın işğaldan azad ediləcəyinə olan qəti inam dilə gətirilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur. Qeyd edilmişdir ki, avqust ayı qubadlılar üçün təzadlı bir aydır. Qubadlı rayonu inzibati vahid kimi 1930-cu il avqust ayının 30-da yaradılmışdır. Qubadlı Rayonunun işğal tarixi də bu aya təsadüf edir.
Belə bir yekdil inam ifadə edilmişdir ki, Qubadlı rayonunun əhalisi hər zaman dövlətə, dövlətçiliyə sədaqət nümayiş etdirmişdir. Qubadlılar inanırlar ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında