Horadiz sərhəd dəstəsinin ərazisində beş sərhəd zastavası yenidənqurma və əsaslı təmirdən sonra istifadəyə verilmişdir

Avqustun 16-da Horadiz sərhəd dəstəsinin xidməti ərazisində yerləşən "Böyük Bəhmənli", "Bala Bəhmənli", "Əmiryezidli", "İkinci Şahsevən" və "Xalac" sərhəd zastavaları yenidənqurma və əsaslı təmirdən sonra şəxsi heyətin istifadəsinə verilmişdir.
AzərTAc xəbər verir ki, açılış mərasimlərində iştirak edən Dövlət Sərhəd Xidmətinin (DSX) şəxsi heyət üzrə baş idarəsinin rəisi, general-mayor Məhəmməd Abbasquliyev zastavaların istifadəyə verilməsi münasibətilə şəxsi heyəti təbrik etmiş, xidmətlərində uğurlar arzulamışdır. Bildirmişdir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin sərhəd mühafizəsi bu gün dinamik inkişaf edir, şəxsi heyətin xidmət və sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. Sovet dövründə tikilmiş sərhəd məntəqələri yenidən qurulur və əsaslı təmir olunur.
Rəmzi qırmızı lent kəsildikdən sonra M.Abbasquliyev yeni istifadəyə verilən zastavalarda sərhədçilər üçün yaradılan şərait, texniki təchizat, xidməti döyüş vəziyyəti ilə yaxından tanış olmuşdur. Zastavaların hər birində əsgərlər üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət, təlim və digər otaqlar, idman şəhərcikləri, anbarlar yenidən qurularaq avadanlıqla təmin edilmiş, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri quraşdırılmışdır.
Zastavalarda xidmət edən zabit və gizirlərin mənzil şəraiti də xeyli yaxşılaşdırılmışdır.
"Böyük Bəhmənli", "Xalac" sərhəd zastavalarında olan yaşayış evləri yenidən qurulmuş, "Bala Bəhmənli", "Əmiryezidli", "İkinci Şahsevən" sərhəd zastavalarında isə yeni yaşayış binaları tikilərək lazımi avadanlıqla təmin edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında