Daxili Qoşunların Naxçıvan alayının hərbçiləri üçün yeni yaşayış binaları tikilir

Daxili Qoşunların Naxçıvan Alayında həyata keçirilən kompleks quruculuq işləri çərçivəsində zabitlərin, gizir və digər hərbi qulluqçuların ailələri üçün yeni yaşayış binaları tikilir.
Avqustun 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov həyata keçirilən tikinti işlərinin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, tikintisi başa çatmaqda olan 60 mənzilli bina zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarətdir. Mənzillərin 59-u ikiotaqlı, 1-i isə üçotaqlıdır. Binada hörgü və beton işləri başa çatdırılmış, kommunikasiya xətləri çəkilmişdir. Suvaq işləri görülür, qapı və pəncərələr salınır.
Ərazidə daha bir yaşayış binasının da tikintisinə başlanılmışdır. Bu bina zirzəmi ilə birlikdə 6 mərtəbəli və 45 mənzilli olacaqdır. Hər iki binanın zirzəmisində xidmət sahələri yaradılacaqdır.
Ali Məclisin sədri inşaat işlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Vasif Talıbov Naxçıvan şəhərinin Nəsirəddin Tusi küçəsində inşa olunan Biznes və Sərgi Mərkəzində də olmuşdur.
Ali Məclisin sədrinə məlumat verilmişdir bina inzibati hissə və geniş sərgi salonundan ibarətdir. Biznes və Sərgi Mərkəzinin inzibati hissəsində və sərgi salonunda hörgü işləri görülür, iclas zalı və ayrı-ayrı otaqlar yaradılır.
Burada "Naxçıvan Biznes Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyət göstərəcəkdir.
Ali Məclisin sədri binanın layihəsinə baxmış, tikinti işlərinin keyfiyyətlə aparılması barədə tapşırıq vermişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında