İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr Ermənistanı silahlı qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmağa çağırmışlar

Təşkilatın qəbul etdiyi bəyannamədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü qəti surətdə pislənmişdir
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini növbəti dəfə kəskin qınamışdır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, avqustun 14-15-də Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində keçirilən İslam zirvə toplantısının dördüncü fövqəladə sessiyasında dünya müsəlmanlarının narahatlığına səbəb olan məsələlər müzakirə olunmuşdur. Bundan əlavə, sessiyada Suriya, Fələstin, Mali və Myanmadakı vəziyyətlə bağlı müvafiq qətnamələr qəbul edilmişdir.
Zirvə toplantısının sonunda müzakirə olunmuş məsələlərlə bağlı İƏT-in üzvü olan ölkələrin mövqeyini əks etdirən yekun bəyannamə qəbul olunmuşdur. Bəyannamədə İƏT-in üzvü olan ölkələr Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləmiş və Ermənistanı silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa çağırmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında