BQXK-nın rəhbərliyi münaqişə qurbanlarının taleyinə aydınlıq gətirilməsi işində göstərilən yardıma görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmişdir

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-leytenant Eldar Mahmudov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri kimi fəaliyyət müddətini bitirmiş Tun Vandenhuv və bu vəzifəyə yeni təyin olunmuş xanım Şerin Pollini ilə görüşmüşdür.
Dövlət Komissiyasından verilən məlumata görə, qurumun sədri Eldar Mahmudov Tun Vandenhuvun Azərbaycanda çalışdığı dövrdə aparılmış birgə fəaliyyətin konstruktiv olduğunu, konkret nəticələr verdiyini qeyd etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. E.Mahmudov xanım Şerin Pollinini BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri təyin olunması münasibətilə təbrik etmiş və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Komissiyanın sədri Eldar Mahmudov, ümumən BQXK-nın əməkdaşları ilə keçirilmiş görüşlərin və aparılmış müzakirələrin qarşılıqlı faydalı olduğunu qeyd etmişdir. O, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması işinin Komissiyanın fəaliyyətinin prioritet istiqaməti olduğunu diqqətə çatdıraraq, hazırda 4 min 90 Azərbaycan vətəndaşının itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatda olduğunu, münaqişə dövründə 1397 nəfərin erməni əsir-girovluğundan azad edildiyini, son 5 ildə isə Komissiyanın İşçi qrupu tərəfindən aparılan axtarış tədbirləri nəticəsində 977 nəfərin taleyinə aydınlıq gətirildiyini, həmin müddətdə 19 azərbaycanlının əsir-girovluqdan azad edildiyini və müqabil tərəfə 20 erməninin təhvil verildiyini bildirmişdir.
Sədr Eldar Mahmudov 2008-ci il aprelin 14-də Dövlət Komissiyası və BQXK arasında imzalanmış "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunmasına dair" çərçivə sazişinin müddəaları üzrə zəruri tədbirlərin də həyata keçirildiyini qeyd etmişdir.
Tun Vandenhuv və xanım Şerin Pollini səmimi qəbula və dolğun məlumata, görüşdən aldıqları təəssürata görə Dövlət Komissiyasının sədri Eldar Mahmudova təşəkkürlərini bildirmişlər. Tun Vandenhuv itkin düşmüş, əsir və girov götürülmüş insanlar barədə məlumatların toplanmasının çox ağır proses olduğunu vurğulayaraq, münaqişə qurbanlarının taleyinə aydınlıq gətirilməsi işində təmsil etdiyi qurumla Dövlət Komissiyası arasında sıx əməkdaşlıq münasibətlərinin formalaşdığını və bu istiqamətdə göstərdikləri yardıma görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmişdir. BQXK-nın nümayəndəsi ümumiyyətlə Komissiyanın sədri və işçi qrupu ilə keçirilən görüşlərdən, aparılmış müzakirələrdən və onların nəticələrindən razı qaldığını diqqətə çatdırmışdır.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə birgə fəaliyyətin səmərəli olması baxımından bundan sonra da işgüzar əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında