Qahirədə beynəlxalq musiqi festivalında Azərbaycan da təmsil olunub

Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytı (mct.gov.az) Azərbaycanın Misirdəki səfirliyinin məlumatına istinadən bildirib ki,bu günlərdə Qahirədə keçirilən V Səma Beynəlxalq Musiqi Festivalında ölkəmiz kamança ustası və müğənni Mehri Əsədullayeva və onu müşayiət edən musiqi kollektivi tərəfindən yüksək səviyyədə təmsil olunmuşdur. 
Festivalda Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Fransa, Çin, Hindistan, İraq, Pakistan, Ukrayna, Yəmən, İspaniya, Ekvador, Zambiya, Bosniya və Herseqovina, İndoneziya və digər dövlətlərdən də musiqiçilər iştirak etmişlər.
Ramazan ayı müddətində keçirilən Səma musiqi festivalı Misirdə və Yaxın Şərq regionunda ən böyük və nüfuzlu tədbirlərdən biri hesab olunur. Tədbir çərçivəsində Mehri Əsədullayeva Misirin "Məhəmməd Əli" və "Əl-Quturi" kimi möhtəşəm saraylarında keçirilən konsert proqramlarında çıxış etmişdir. Festivalın rəhbəri tərəfindən "dünyanın ən istedadlı qadın kaman ustası" kimi təqdim olunan sənətçimizin ifasında Azərbaycan musiqisi nümunələrindən parçalar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Festival Misirin kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılmışdır.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında