"Əsrin müqaviləsi" çərçivəsində bu il 17 milyon ton neft hasil edilmişdir

Bu ilin yanvar-iyun aylarında "Əsrin müqaviləsi" ("Azəri-Çıraq-Günəşli" yataqları, AÇG) layihəsi çərçivəsində "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri" və "Dərinsulu Günəşli" platformalarından birlikdə gündə orta hesabla 684 min barel neft hasil olunmuşdur. 
Bu barədə "APA-ECONOMICS"ə layihənin operatoru olan "bp-Azerbaijan" şirkətindən məlumat vermişlər. Ümumilikdə, ilk 6 ayda bu platformalardan 124,5 milyon barel, yəni 16,8 milyon ton neft hasil olunmuşdur.
İlin ilk yarısında "Çıraq" yatağında 15 quyudan (10 hasilat və 5 suvurma quyusu) orta hesabla gündə 77 min barel neft hasil edilib. lMərkəzi Azəri" yatağında 16 quyudan (11 hasilat, 4 qaz injektor və 1 suvurma quyusu) altı ay ərzində gündə orta hesabla 161 min barel hasilat əldə edilib. "Qərbi Azəri"dəki 16 quyudan (13 hasilat və 3 suvurma quyusu) gündəlik neft hasilatı orta hesabla 186 min barel, "Şərqi Azəri"dəki 15 quyudan (11 hasilat və 4 suvurma quyusu) gündəlik orta hesabla 144 min barel təşkil edib. "Dərinsulu Günəşli" yatağında istismarda olan 24 quyudan (11 hasilat və 13 suvurma quyusu) gündəlik orta hesabla 116 min barel neft çıxarılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında