Azərbaycanın fövqəladə hallar naziri NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşmüşdür

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons ilə görüşmüşdür.
Fövqəladə Hallar Nazirliyindən bildirmişlər ki, görüşdə nazirlik ilə alyans arasında əməkdaşlığın vəziyyəti, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.
Alyans və onun qurumları ilə mülki fövqəladə planlaşdırma sahəsində nazirlik arasında əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu bildirən K.Heydərov bu əməkdaşlığın bundan sonra da davamlı olaraq inkişaf etdiriləcəyinə əminliyini diqqətə çatdırmışdır. Nazir bu istiqamətdə NATO-nun Təbii Fəlakətlərə Cavabvermənin Əlaqələndirilməsi üzrə Avratlantik Mərkəzi ilə əməkdaşlığın daha da genişləndirilməsinin məqsədəuyğun olduğunu qeyd etmişdir.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında