Azərbaycan-Litva gənclərinin yay düşərgəsi təşkil olunacaq

Bu ayın 24-31-də Qəbələ və Nabranda Azərbaycan-Litva gənclərinin birgə yay düşərgəsi təşkil olunacaqdır. Yay düşərgəsində azərbaycanlı və litvalı gənclərin iştirakı, konfransın, mədəniyyət gecəsinin, müxtəlif intellektual və əyləncəli oyunların keçirilməsi, Qəbələ, Şəki və Quba rayonlarının tarixi və gəzməli yerlərinə ekskursiyaların təşkili, Bakı şəhəri ilə tanışlıq, habelə Qobustan Dövlət Qoruğuna səyahət nəzərdə tutulmuşdur.
Xatırladaq ki, bu ilin aprel ayının 2-də Bakı şəhərində keçirilən Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın ikinci iclası zamanı imzalanmış protokola əsasən, elm, təhsil, mədəniyyət və incəsənət sahələrində gənclər arasında birgə tədbirlərin keçirilməsi, Azərbaycan və Litvada gənclərin yay istirahətlərinin, sağlamlıq düşərgələrinin təşkil edilməsi nəzərdə tutulmuşdu.
Azərbaycan-Litva gənclərinin yay düşərgəsinin təşkil edilməsində məqsəd hər iki ölkənin gəncləri arasında əlaqələri gücləndirmək, müasir düşüncəli, savadlı gəncləri bir araya toplayaraq, fikir mübadiləsi aparmaqda onlara dəstək olmaqdır.
Yay düşərgəsində iştirak edən litvalı gənclərin Azərbaycanın tarixi ərazilərinə, o cümlədən Qobustan, Qəbələ və Şəki rayonlarının tarixi yerlərinə və Qubadakı kütləvi soyqırımı məzarlığına ziyarətinin təşkili də nəzərdə tutulmuşdur. Bu, litvalı gənclərə ölkəmizin və xalqımızın adət-ənənələri haqqında hərtərəfli bilik əldə etməyə və müasir Azərbaycanın iqtisadi inkişafını əyani şəkildə göstərməyə imkan verəcəkdir.
Yay düşərgəsi zamanı litvalı gənclər Azərbaycanın təhsil sistemi və universitetləri haqqında məlumat əldə edəcək və Azərbaycanda təhsilin özəllikləri ilə tanış olacaqlar.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında