XXX London Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Toğrul Əsgərovun evində izdihamlı günlər yaşanır

XXX London Yay Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medal qazandıran Toğrul Əsgərovun yaşadığı evdə əsl izdihamlı günlər yaşanır. Hər bir Gəncə sakini bu parlaq qələbə ilə əlaqədar Olimpiya çempionunun valideynlərini təbrik etmək üçün onun yaşadığı evə gəlir, sevinclərini bölüşürlər.
Sevincini AzərTAc ilə bölüşən idmançımızın anası İnarə Məmmədova onun bu xoş günü ilə şərik olanlara minnətdarlığını bildirmiş, oğlu ilə fəxr etdiyini demişdir.
Belə əlamətdar gündə Toğrulun babası Səməndər Əsgərovun da sevinci hədsizdir. Çempionun babası demişdir: "Mən nəvəmin qələbə çalacağına tam əmin idim. Çünki Toğrul Olimpiada qabağı istirahət nə olduğunu bilmirdi. Atalar yaxşı demişdir: "Niyyətin hara, mənzilin də ora". Toğrul qarşısına qoyduğu məqsədinə çatmışdır. Özü də elə bir məqsədə ki, bu, bütün Azərbaycan xalqının məqsədi idi".
Toğrulun həm valideynləri, həm də babası bu qələbəni Azərbaycan dövlətinin başçısı İlham Əliyevin gənclərə, ölkədə idmanın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi kimi qiymətləndirərək minnətdarlıqlarını bildirmişlər.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında