CHP millət vəkili: "Hüseyn Aygünün dərhal sərbəst buraxılmasını tələb edirik"

"Millət vəkilimiz Hüseyn Aygünün canına heç bir zərər gəlmədən dərhal sərbəst buraxılmasını istəyirik".
Bunu Tuncelidən APA-ya açıqlamasında Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) Dənizli millət vəkili İlhan Cihanər deyib.
Hadisədən qısa müddət sonra Ankaradan Elazığa, oradan da Tunceliyə gəldiklərini qeyd edən İlhan Cihanər bunun qəbul edilməyəcək hadisə olduğunu bildirib: "Türkiyənin daha çox sülhə, qardaşlıq atmosferinə, birlik və bərabərliyə ehtiyacı olduğu bir vaxtda baş vermiş bu hadisə ölkəmizi Orta Şərq bataqlığına sürükləmək, Türkiyədə xaos yaradaraq bundan öz məqsədləri üçün istifadə etmək istəyənlərin çörəyinə yağ sürtür. Ona görə də millət vəkilimizin dərhal sərbəst buraxılması və bu cür hadisələrin təkrarlanmaması lazımdır".
"Terror təşkilatı tərəfindən qaçırılan CHP Tunceli millət vəkilinin azad edilməsi ilə bağlı görülən işlərdə son durum nədir" sualına İ. Cihanər belə cavab verib: "Tunceli camaatı ayağa qalxıb, hadisəyə reaksiyalar həm burda, həm Türkiyədə, həm də dünyada hər an böyüyür. Millət vəkilimizin dərhal sərbəst buraxılmasını və PKK-nın bu tip əməllərə son qoymasını tələb edirik".
Qeyd edək ki, CHP-dən olan millət vəkili Hüseyn Aygün avqustun 12-də axşam saatlarında PKK terrorçuları tərəfindən qaçırılıb. H. Aygünün Tuncelinin Ovacık rayonundan çıxdığı zaman terrorçular tərəfindən qaçırıldığı bildirilir.
Onunla birlikdə köməkçisi və "Axşam" qəzetinin müxbiri də olub. Lakin millət vəkilini girov götürən terrorçular köməkçisini və müxbiri sərbəst buraxıblar.
H. Aygün Tuncelidən millət vəkili seçilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında