Səbailli "Şahinlər" Bakıya qayıtmışlar

Böyüməkdə olan nəslin yay istirahətinin mənalı təşkili, onların Vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi istiqamətində Səbail Rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunları və "Çağ" Öyrətim Şirkətinin birgə layihəsinə yekun vurulmuşdur. Layihə əsasında Quba şəhərində təşkil olunan "Şahinlər" hərbi-vətənpərvərlik təmayüllü düşərgədə yeniyetmələrin yay istirahəti başa çatmışdır.
Rayonun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrdən olan və "SOS-Azərbaycan" uşaq kəndində tərbiyə alan 250 uşaq üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Türk Liseyinin Quba filialının ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllu, ödənişsiz "Şahinlər" yay düşərgəsində 2 həftə ərzində keçən istirahət başa çatmış və uşaqların xatirində silinməz izlər buraxmışdır.
Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbirdə iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili - ombudsman Elmira Süleymanova, DİN Daxili Qoşunların Qərərgah rəisinin birinci müavini, general-mayor Şahin Məmmədov, "Çağ" Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuşlar. Qonaqlar idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları, fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim etmişlər.
Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid etmiş, istirahət dövründə öyrəndikləri fəndləri nümayiş etdirmişlər. Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin çıxışı xüsusi maraqla qarşılanmışdır.
Respublikamızın tanınmış sənətçilərinin və Daxili Qoşunların hərbi orkestrinin iştirakı ilə keçirilən konsertdə düşərgədə istirahət edən uşaqlar da öz məharətlərini göstərmişlər. Maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr, onların valideynləri təşkilatçılara minnətdarlıqlarını bildirmişlər.

{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında