Olimpiya çempionunun qızıl medalını əlindən aldılar

London Olimpiadası başa çatsa da, bu beynəlxalq idman tədbiri ətrafında müzakirələr, qalmaqallar davam edir. Modern.az saytı xəbər verir ki, Olimpiadada yadro tullamaq (nüvə itələmək) üzrə qızıl medal qazanmış Belarus təmsilçisi Nadejda Ostapçukun qanında dopinq aşkar olunub. 
Və buna görə onu qızıl medaldan məhrum ediblər. Qeyd edək ki, məlumatı Beynəlxalq Olimpiya Komitəsi də təqdiqləyib. Nəticədə həmin yarışlarda 3-cü olmuş rusiyalı idmançı Yevgeniya Kolodko ikinci pilləyə yüksəlib və bürünc medal əvəzinə gümüş medal əldə edib. Qızıl medal isə Yeni Zelandiya təmsilçisi Valeri Adamsa verilib. Bürünc medal çinli Litsyao Hona verilib.
Qeyd edək ki, Nadejda Ostapçukun qan testində qadağan olunmuş steroid metenolon maddəsi aşkarlanıb. Maraqlıdır ki, idmançı üzərində həm yarışdan öncə, həm də sonra qan testi aparılmışdı. Nəticə yarışlar başa çatandan sonra bəlli olub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında