TürkPA Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) müşahidəçi statusu ilə üzv qəbul olunmuşdur

Türkdilli Ölkələrin Parlament Asambleyasının (TürkPA) dünyanın nüfuzlu təşkilatlarından biri olan CICA-ya müşahidəçi statusu ilə üzv qəbul olunması ilə bağlı müraciətinə baxılmış və 24 üzv ölkənin təmsil olunduğu təşkilatda qurumun müraciəti müsbət qəbul edilmişdir. 
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin yaradılması haqqında ilk təşəbbüs 1992-ci il oktyabrın 5-də BMT Baş Assambleyasının 47-ci Sessiyasında Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülmüşdur. Təşəbbüsün əsas məqsədı Asiyada sülhün və təhlükəsizliyin təmini üçün effektiv və məqbul bir strukturun yaradılması istəyi olmuşdur. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin təsis edilməsi haqqında iki əsas sənəddən biri olan "CICA üzv dövlətləri arasında münasibətlərin əsas prinsipləri haqqında" Bəyannamə 1999-cu il oktyabrın 14-də Almatıda keçirilən xarici işlər nazirlərinin ilk görüşündə qəbul edilmişdir. İkinci sənəd olan CICA-nın Nizamnaməsi - Almatı Aktı isə 4 iyun 2002-ci il tarixində Almatıda keçirilən ilk zirvə görüşündə qəbul edilmişdir.
CICA Asiyada sülh, təhlükəsizlik və stabilliyin təmin edilməsi sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyət gostərən çoxmillətli Forumdur. Forum Asiyada və dünyada sülh, təhlükəsizlik və stabillik arasında yaxın əlaqələrin olduğunu qəbul edir.
Hazırda CICA-nın Asiya əhalisi və ərazisinin təxminən 90 faizini əhatə edən 24 üzv ölkəsi var. 8 ölkə və BMT, ATƏT və ərəb ölkələri Liqası kimi çoxmillətli təşkilatlar CICA-da müşahidəçi statusuna sahibdirlər. TÜRKPA müşahidəçi statusu alan sayca dördüncü təşkilatdır.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında