Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən İranda zəlzələdən zərər çəkənlərə avtomobil karvanı ilə yardım yola salınmışdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyi (FHN) avtomobil karvanı ilə İran İslam Respublikasında zəlzələdən zərər çəkmiş insanlara yardım göndərmişdir. 
25 avtomobildən ibarət yardım karvanı avqustun 13-də gecə saatlarında Bakıdan İrana yola düşmüşdür.
FHN-in Mülki Müdafiə Qoşunlarının qərargah rəisi, polkovnik Aslan Hüseynov bildirmişdir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən İranda zəlzələdən zərərçəkmiş insanlara göndərilən humanitar yardım tomat, zeytun, bitki yağı, müxtəlif şirələr, içməli su, düyü, makaron, 40 ton un, 460 ədəd çadır, 1000 ədəd yataq dəsti və digər zəruri ərzaq məhsullarından ibarətdir.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında