Şamaxı rayonunda sahibkarlara güzəştli kreditlər verilmişdir

Məlum olduğu kimi, bu gün respublika iqtisadiyyatının özəl sektoru sürətlə inkişaf edir. Təbii ki, bu, sahibkarlara dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğının layiqli bəhrəsidir. Bu baxımdan Sahibkarlığa Kömək Milli Fondunun bu sahəyə göstərdiyi dəstəyi xüsusi olaraq qeyd etmək lazımdır. Razılıq hissi ilə bildirməliyik ki, bu gün ölkəmizdə yarıdılan yeni müəssisələrin, yeni iş yerlərinin böyük hissəsi həmin fond tərəfindən verilən kreditlər hesabına mümkün olmuşdur.
Avqustun 10-da Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Dağlıq Şirvan iqtisadi rayonu üzrə Şamaxı rayonunun Sabir qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilmişdir. Əvvəlcə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Videoçarxın nümayişindən sonra Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov tədbiri açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sahibkarlara göstərdiyi daimi qayğıdan və bunun nəticəsi olaraq ölkəmizdə, eləcə də Şamaxıda əldə olunan uğurlardan ətraflı danışmışdır.
Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Dağlıq Şirvan regional bölməsinin müdiri Azər Qasımov bu sahənin inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi tədbirləri, həmçinin məqsədli dövlət proqramlarında Dağlıq Şirvan iqtisadi rayonunda nəzərdə tutulan tədbirlərin icrası haqqında məlumat vermişlər.
Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev sahibkarlar tərəfindən fondun kreditləri hesabına görülmüş uğurlu işlərdən, habelə Dağlıq Şirvan iqtisadi rayonunda, o cümlədən Şamaxı rayonunda həyata keçiriləcək layihələr və güzəştli kredit vəsaitlərinin yerləşdirilməsində proqnozlaşdırılan əsas hədəflər bərədə geniş söhbət açmışdır.
Tədbirin sonunda Sahibkarlara Kömək Milli Fondu tərəfindən 52 sahibkara, o cümlədən 27 şamaxılı iş adamına 2 milyon 545 min manat güzəştli kredit təqdim olunmuşdur.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında