Şamaxının Muğanlı kəndində torpaq sürüşməsindən ziyan çəkən sakinlər üçün 62 evin inşasına başlanılıb

Rayon mərkəzi və beş kənddə torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşən 11 fərdi yaşayış evinin əvəzinə, yeni evlərin tikintisi başa çatdırılıb
Şamaxı rayonunun Muğanlı kəndində baş verən torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşən evlərin sakinləri üçün yeni mənzillərin inşasına başlanılıb. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Qasım Qasımov APA-ya bildirib ki, Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə Muğanlı kəndinin əhalisi üçün Meysəri kəndinin ərazisində yeni evlərin tikintisinə start verilib. Hazırda evlərə bünövrə qazılır, beton-karkas işləri görülür. Artıq 30 evin bünövrəsində işlər görülüb və digər 32 mənzilin inşası üçün hazırlıq işləri gedir.
Ümumilikdə, 14 hektar ərazidə 62 evin, eləcə də məktəb və digər sosial obyektlərin inşa ediləcəyini bildirən komissiya sədri işlərin yeni ilədək başa çatdırılmasının nəzərdə tutulduğunu qeyd edib: "Artıq 3 gündür evlərin tikintisinə start verilib və hazırda ərazidə 100-ə yaxın işçi, 30-a yaxın ağır texnika çalışır. İşçilərin 90 faizi yerli sakinlərdir. Qarşıdakı günlərdə burada eyni vaxtda 400-dən artıq adam çalışacaq ki, evlər vaxtında inşa edilərək sakinlərə təhvil verilsin. Hər bir ev üçün 10 sot torpaq sahəsi ayrılıb və tam yeni layihə əsasında vətəndaşlar üçün bir ədəd 1, 28 ədəd 2, 32 ədəd 3, bir ədəd 4 otaqlı mənzillər inşa ediləcək".
Qasım Qasımov onu da bildirib ki, Şamaxı şəhərində və 5 kənddə torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşən 11 fərdi yaşayış evinin əvəzinə, yeni evlərin tikintisi bu günlərdə başa çatdırılıb. Çaylı kəndində 2, Göylərdə 3, Böyük Xınıslıda 1, Nüydüdə 1, Qaravəllidə 3, Şamaxı şəhərində 1 yeni ev istifadəyə verilib. Şamaxı şəhərində isə 5 ailə üçün tikilən 2 mərtəbəli yaşayış binasında son tamamlama işləri görülür.
Komissiya sədri torpaq sürüşməsi nəticəsində Şamaxı şəhərində və 21 kənddə ümumilikdə 412 evin ziyan çəkdiyini bildirib. Bu evlərdən bir hissəsi yaşayış üçün təhlükəli hesab olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında