Azərbaycan Olimpiadada rekordlarını davam etdirir

Azərbaycan Olimpiadada növbəti rekordunu vurub. Apasport.az saytının məlumatına görə, yığmamız XXX London Yay Olimpiya Oyunlarında tarixinin ən yaxşı nəticəsini müəyyənləşdirib.
Belə ki, ölkəmizin rekordu 12 il əvvələ - Sidney Olimpiadasına məxsus idi. Həmin vaxt idmançılarımız 2 qızıl və 1 bürünc medala sahib olmaqla, Olimpiada tariximizdə yeni səhifə açmışdılar.
Lakin bu uğur 12 il dəyişməz qalsa da, Londonda yenisi ilə əvəz olundu. Olimpiyaçılarımız artıq 2 qızıl, 2 gümüş və 5 bürünc medal qazanmaqla, 2 yeni rekordu birdən müəyyənləşdiriblər.
Həm medalların sayında, həm də medalların əyarında yığmamız ilkə imza atmaqla, Azərbaycan idmanının yüksəlişə doğru getdiyini bir daha təsdiqləyib.
Komandamızın heyətində bu dəfə Toğrul Əsgərovla (60 kq) Şərif Şərifov (84 kq) qızıl, Rövşən Bayramovla (yunan-Roma güləşi, 55 kq) Mariya Stadnik (qadın güləşi, 48 kq) gümüş, Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (hər ikisi boks, +91 kq), Emin Əhmədov (yunan-Roma güləşi, 74 kq), Yuliya Ratkeviç (qadın güləşi, 55 kq) və Valentin Xristov (ağırlıqqaldırma, 56 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, Sidneydə Namiq Abdullayevlə Zemfira Meftəhətdinova qızıl, Vüqar Ələkbərov bürünc medala layiq görülmüşdülər.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında