Naxçıvanda iftar süfrələri açılmışdır

Avqustun 10-da Naxçıvan şəhərindəki "Təbriz" restoranında iftar süfrəsi açılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbov iftar mərasiminə gəlmişdir.
Əvvəlcə "Qurani-Kərimdən" ayələr oxunmuşdur. Bildirilmişdir ki, Azərbaycan xalqı müqəddəs ramazan ayının mənəvi üstünlüklərini əsrlər boyu yaşatmış, oruc tutmaq, iftar süfrəsi açmaq kimi yüksək dəyərlərə daim sədaqət göstərmişdir. Hər il Ramazan ayında Naxçıvan Muxtar Respublikasında da iftar süfrələri açılır.
Mərasimdə arzu və niyyətləri ifadə edən dualar oxunmuşdur. Oxunan dualarda əldə etdiyimiz müstəqilliyin əbədi olması, işğal altındakı torpaqlarımızın azad edilməsi və bu ərazilərdə də iftar süfrələrinin açılması, xalqımızın həmişə əmin-amanlıq və yüksək rifah şəraitində yaşaması ifadə olunmuşdur.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində, Psixi Xəstəliklər Dispanserində və Naxçıvan Qarnizonunun Hərbi Hospitalında da Ali Məclisin sədri adından iftar süfrələri açılmış, ümumilikdə iftar mərasimlərində min nəfərdən artıq insan iştirak etmişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında