AMEA Seysmoloji Xidmət Mərkəzi: İranda baş vermiş zəlzələ Azərbaycanda 4.5-2 bal gücündə hiss olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzi İranda baş vermiş və Azərbaycanda hiss edilən zəlzələ ilə bağlı məlumat yayıb.
Mərkəzdən APA-ya daxil olan məlumata görə, zəlzələ İranın Təbriz şəhərindən 56 km şimali-şərqdə yerli vaxtla saat 17:23-də 6.2 bal gücündə baş verib. Daha sonra saat 17:30-da 6.2, 17:34-də 6.6 və 17:49-da 6.2 maqnituda gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ Azərbaycanın əksər yaşayış məntəqələrində 4.5 baldan 2 bala qədər hiss olunub. Bu rayonlar Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Salyan, Bərdə, Yevlax, Mingəçevir və digər yaşayış məntəqələridir.
Azərbaycan ərazisində insan təlafatı yoxdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında