Babək rayonunun Kərimbəyli kəndində yeni sosial obyektlər inşa olunur

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Babək rayonunun kəndlərində də genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir. Dövlət Proqramına uyğun olaraq, hazırda rayonun Kərimbəyli kəndində yeni məktəb binasının, həkim ambulatoriyasının, kənd və xidmət mərkəzlərinin tikintisi aparılır, kənddaxili dairəvi avtomobil yolu yenidən qurulur.
Avqustun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Babək rayonunun Kərimbəyli kəndində aparılan tikinti-quruculuq işlərinin gedişi ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, Kərimbəyli kənd tam orta məktəbi üçün inşa olunan bina 396 şagird yerlikdir. Binada inşaat işlərinin əsas hissəsi yekunlaşdırılmış, hörgü və beton işləri başa çatdırılmış, kommunikasiya xətləri çəkilmişdir. Yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulan məktəb binası müasir tədris ləvazimatları və lazımi avadanlıqla təchiz ediləcəkdir. Bildirilmişdir ki, zəngin təhsil ənənələrinə malik Kərimbəyli kənd məktəbi üçün yeni binanın tikilməsi tədrisin keyfiyyətini daha da artıracaqdır.
Qeyd edilmişdir ki, bu il Kərimbəyli kəndində həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri üçün müasir binalar istifadəyə veriləcəkdir.
İki mərtəbədən ibarət Kənd mərkəzinin binasının tikintisində hazırda tamamlama işləri görülür. Kənd mərkəzində Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kitabxana, mədəniyyət evi, kənd bələdiyyəsi, baytarlıq məntəqəsi və rabitə evi fəaliyyət göstərəcəkdir. Binada mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün 80 yerlik zal da istifadəyə veriləcəkdir.
Kənd mərkəzinin yaxınlığındakı Xidmət mərkəzinin binasında da tikinti işləri keyfiyyətlə aparılır. Xidmət mərkəzində ayrı-ayrı satış mağazaları yaradılacaq, kənd sakinlərinə gündəlik məişət xidməti göstəriləcəkdir.
Sonra Ali Məclisin sədri Kərimbəyli kənd həkim ambulatoriyasının binasına baxmışdır.
Məlumat verilmişdir ki, iki mərtəbədən ibarət binada işin əsas hissəsi yekunlaşmışdır. Həkim ambulatoriyasında stomatoloji kabinə, aptek, doğum və peyvənd otaqları, palata istifadəyə veriləcək, tibb ocağı ən müasir müayinə və müalicə avadanlığı ilə təchiz ediləcəkdir.
Diqqətə çatdırılmışdır ki, Kərimbəyli kəndində aparılan kompleks abadlıq-quruculuq işləri çərçivəsində 2,5 kilometr uzunluğundakı kənddaxili dairəvi avtomobil yolu da yenidən qurulur, yolun yatağı genişləndirilərək hərəkət hissəsinin eni 11 metrə çatdırılır. Hazırda yola asfalt örtüyünün çəkilməsi və səkilərin salınması istiqamətində işlər davam etdirilir. İçməli su təminatını yaxşılaşdırmaq məqsədilə kənddə yeni subartezian quyusu da qazılmışdır. Ali Məclis sədrinin tapşırığı ilə bu il kənd məscidində də təmir işləri aparılacaq, mərasim evi yaradılacaq, rabitə və elektrik xətləri yenilənəcəkdir.
Kərimbəyli kəndində yeni inşa olunan sosial obyektlərin bu ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulur.
Kənd sakinləri Naxçıvanın bütün yaşayış məntəqələrində, eyni zamanda, Babək rayonunun Kərimbəyli kəndində kompleks quruculuq işlərinin aparılmasının ulu öndər Heydər Əliyevin siyasi xəttinin ölkəmizdə, eləcə də muxtar respublikada uğurla davam etdirilməsinin nəticəsi olduğunu bildirmişlər. Tikilən müasir binalar, çəkilən yollar, əldə olunan yüksək sosial-iqtisadi uğurlar dövlətimizin insan amilinə qayğısının təzahürüdür. Sakinlər demişlər ki, göstərilən yüksək dövlət qayğısı Kərimbəyli kəndinin əhalisinə böyük sevinc bəxş edir, aparılan kompleks abadlıq-quruculuq işləri onların qurub-yaratmaq əzmini, doğma torpağa bağlılığını daha da artırır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında