Xəzər rayonunda Beynəlxalq Gənclər Günü qeyd olunub

Avqustun 12-də Xəzər Rayon Gənclər və İdman İdarəsi Mərdəkan Mədəniyyət Sarayı ilə birgə Beynəlxalq Gənclər Günü münasibətilə tədbir təşkil edib. Bu əlamətdar günün rayonda yüksək səviyyədə qeyd olunması məqsədilə Mərdəkan Mədəniyyət Sarayında keçirilən tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev çıxış edib.
O, ölkəmizdə gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdıraraq qeyd edib ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan gəncliyi dünyanın ən qabaqcıl gənclərinə çevrilib. Natiq dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, xarici ölkələrdə təhsil alması, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şəraitin böyük diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb.
Tədbirdə gənclər siyasəti və idman sahəsində göstərdikləri fəallığa görə 4 gəncə - Murad Muradov, Elnarə Rüstəmova, Elşah Söyziyev və Günel Quliyevaya fəxri fərmanlar təqdim olunub. Bayram tədbiri Mərdəkan Mədəniyyət Sarayının hazırladığı konsert proqramı ilə davam edib.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında