Tacikistan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensial vardır

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin İnvestisiya Məsələləri üzrə Dövlət Komitəsinin sədri Davlatali Saidov ilə görüşmüşdür.
Səfirlikdən bildirmişlər ki, görüşdə Tacikistan Prezidenti Emoməli Rəhmonun cari il iyulun 12-13-də Azərbaycana rəsmi səfəri çərçivəsində razılaşdırılmış məsələlərin həyata keçirilməsi və ölkələrimiz arasında mövcud əməkdaşlıq imkanları müzakirə olunmuşdur.
Azərbaycan investisiyasının Tacikistan üçün böyük əhəmiyyət kəsb etdiyini bildirən komitə sədri qeyd etmişdir ki, son beş ildə ölkəmiz tərəfindən bu respublikaya 650 min ABŞ dolları məbləğində sərmayə yatırılmışdır. Tacikistan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensial vardır. Azərbaycandan Tacikistana əsasən avtomobil, dərman məmulatları, neft məhsulları idxal olunur.
Xalqlarımız arasında tarixən elmi, mədəni, ticarət əlaqələrinin olduğunu xatırladan səfir vurğulanmışdır ki, Azərbaycan və Tacikistan prezidentlərinin səmimi dostluq münasibətləri bu əməkdaşlığı daha da genişləndirməyə imkan verir.
Diplomat dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi ərəfəsində Xocənd və Gəncə şəhərlərinin qardaşlaşmış elan edilməsini arzulamışdır. Prezident Emoməli Rəhmonun ölkəmizə rəsmi səfəri çərçivəsində razılaşdırılmış məsələlərin həyata keçirilməsinin, Azərbaycanın Tacikistana sərmayənin yatırılmasının vacibliyini vurğulamışdır.
A.Həsənov Tacikistana qarşı hələ də dünyada mövcud olan informasiya blokadasına baxmayaraq, ölkələrimizin özəl sektor nümayəndələrinin qarşılıqlı səfərlərinin əhəmiyyətini də qeyd etmişdir.
D.Saidov müxtəlif ölkələrin iş adamlarının iştirakı ilə bir sıra biznes forumlarının təşkil olunduğunu xatırlatmış, carı ilin sentyabrın sonunda isə daha bu cür bir tədbirin keçirilməsinin nəzərdə tutulduğunu bildirmişdir.
Tacikistanın iqtisadi potensialı haqqında danışan komitə sədri qeyd etmişdir ki, ölkəsinin 575 milyard kilovatt-saat elektrik enerjisi potensialının olduğu halda onun yalnız 4-4,5 faizindən istifadə edilir. Tacikistanın 1 milyard ton dəmir filizi və 70 min ton gümüş ehtiyatları mövcuddur.
Görüşdə Tacikistanın yanacaq-sürtgü materiallarının Azərbaycandan daşınması məsələsinə də toxunulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında